Azedu.az

Növbəti “GRE General Test” imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

8 Sentyabr 2022, 15:41
Növbəti “GRE General Test” imtahanı keçirilib

“GRE General Test” imtahanı sentyabrın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 5 nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti “GRE General Test” imtahanının sentyabrın 29-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox