Azedu.az

DİM TOEFL iBT imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM)

7 Sentyabr 2022, 09:12
DİM TOEFL iBT imtahanı keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, ETS-in (“Educational Testing Service” – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 7 sentyabr 2022-ci ildə Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 09:00-da başlanır.

 

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox