Azedu.az

İmtahanların nəticəsi iki gün ərzində elan olunacaq  

Dövlət İmtahan Mərkəzi (DİM)

22 Avqust 2022, 09:45
İmtahanların nəticəsi iki gün ərzində elan olunacaq  

Avqustun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzidən məlumat verilib. Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

 

Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

 

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox