Azedu.az

II qrup üzrə imtahanda bu qədər abituriyent iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM)

4 İyul 2022, 12:58
II qrup üzrə imtahanda bu qədər abituriyent iştirak edəcək

İyulun 7-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda 15 min 742 nəfər iştirak edəcək.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan saat 10:00 da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

 

Xatırladaq ki, DİM tərəfindən iyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox