Azedu.az

Rezidenturaya qəbul imtahanının II mərhələsi bu tarixdə KEÇİRİLƏCƏK

22 İyun 2022, 09:24
Rezidenturaya qəbul imtahanının II mərhələsi bu tarixdə KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul üçün iyunun 19-da keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 21-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox