İyunun 16-da Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclası keçirilib.
Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 6-11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi üzrə yekun müzakirə aparılıb. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
“Qiymətləndirmə kitabçaları” nəşr üçün redaksiyaya təqdim edilib.