Azedu.az

Vakant vəzifələr üzrə müsahibələrdə indiyədək 57 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM)

25 May 2022, 17:36
Vakant vəzifələr üzrə müsahibələrdə indiyədək 57 namizəd uğur qazanıb

On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 377 nəfər qeydiyyatdan keçib. Bu gün saat 15:20-dək olan məlumata görə, 57 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.

SENSASİYA- İsrail İranla müharibəni uduzdu
Son xəbərlərDaha çox