Azedu.az

DİM SAT imtahanı iştirakçılarına müraciət edib

4 May 2022, 09:58
DİM SAT imtahanı iştirakçılarına müraciət edib

Mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunacaq.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. İmtahan verəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

 

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

 

SAT imtahanları haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox