Azedu.az

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

20 Aprel 2022, 10:10
     Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

19 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib

 

AzEdu.az xəbər verir ki, işçi qrupunun iclasında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 8‑ci sinif kimya dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının dərsliklə müqayisəli təhlili olub.
 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib.

 

Növbəti iclaslarda müzakirə davam etdiriləcək.

İranda təşviş: azərbaycanlılar silah istəyir
Son xəbərlərDaha çox