Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
Bu barədə AzaEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, DİM tərəfindən martın 13-də dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını əldə etmək üçün Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrinə müraciət edə bilərlər.