Azedu.az

DİM-də “GRE General Test” imtahanı keçirilib

31 Mart 2022, 18:00
DİM-də “GRE General Test” imtahanı keçirilib

Martın 31-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında “GRE General Test” imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 3 nəfər iştirak edib.

 

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahan verənlər nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn öyrənə bilərlər.

 

Növbəti “GRE General Test” imtahanının aprelin 14-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox