Azedu.az

On üç nəfər TOEFL iBT imtahanı verib

28 Mart 2022, 10:26
On üç nəfər TOEFL iBT imtahanı verib

Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında TOEFL iBT imtahanı keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 13 nəfər iştirak edib. İmtahan müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

İmtahan binasına daxil olanların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının aprelin 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı Mərkəzin saytından əldə etmək olar.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox