14 mart 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində ədəbiyyat və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib
AzEdu.az xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ 5-11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının yeni nəşrlərinin təhlili olub.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib. İşçi qruplarının növbəti iclasları 28 mart 2022-ci il tarixində olacaq.