Bəzən abituriyentlər elektron ərizə qəbulunu ləğv etmək istəyirlər, bunu aşağıdakı prasedura əsassən həyatə keçirə bilərlər
AzEdu.az elektron ərizənə ləğv etmək qaydasını təqdim edir
Abituriyentlər //eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu müvafiq sahələrə qeyd edir. Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir
Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən tekrar etmək lazımdır.
Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini sıxmaq lazımdır
Qeyd edək ki.,təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür
Elektron ərizənizi yenidən doldurarkən diqqətli olun və onu təsdiq etməyi unutmayın.
Gülcahan Məmmədova