Azedu.az

Riyaziyyat fənni üzrə kitabçaların yeni nəşrləri təhlil olunub

Dövlət İmtahan Mərkəzi (DİM)

12 Mart 2022, 12:28
Riyaziyyat fənni üzrə kitabçaların yeni nəşrləri təhlil olunub

Martın 11-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, coğrafiya fənni üzrə işçi qrupun iclasında sınaq imtahanında istifadə edilmiş tapşırıqlar təhlili olub. Aparılmış təhlil tapşırıqların fənn kurikulumlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğunu bir daha təsdiq edib.
Riyaziyyat fənni üzrə işçi qrupun iclasında isə 5-11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının yeni nəşrləri təhlil olunub.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox