1987-2004-cü il təvəllüdlü (31.07.2004-cü il tarixədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli abituriyentlərin elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunmalıdır.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin, 30.07.2004-cü il tarixdən sonra doğulmuş əvvəlki ilin məzunu olan abituriyentlərin və 35 yaşı tamam olmuş abituriyentlərin elektron ərizələri SHXÇDX-in elektron-məlumat bazasına sorğu verilmədən təsdiq edilir.
Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd edək ki, ali təhsil müəssisələri və 11 illik bazada kolleclərə sənəd qəbulu 17 Mart tarixinə kimi davam edəcək.