Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə martın 13-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı martın 11-i saat 11:00-dək aparılacaq. Bu gün saat 13:35-dək olan məlumata görə, 32 (AB - 9, AC – 23) namizəd qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.