Azedu.az

Ali təhsil müəssisələri və kolleclərə sənəd qəbulunda bu şəxslər iştirak edə bilər-DİM rəsmisi

5 Mart 2022, 10:42
Ali təhsil müəssisələri və kolleclərə sənəd qəbulunda bu şəxslər iştirak edə bilər-DİM rəsmisi

 

“Cari ilin, əvvəlki illərin məzunları və qəbul imtahanında iştirak etmək istəyən subbakalavrlar 4-17 Mart tarixləri arasında aparılan imtahana qeydiyyat prosesində iştirak edə bilərlər”

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin  Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

 

DİM rəsmisi kolleclərə qeydiyyat tarixinə də aydınlıq gətirib:

 

“11-ci sinif bazasından kolleclərə qəbul da eyni sistem vasitəsilə aparılır. 9-cu siniflərin isə kolleclərə qəbulu ilə bağlı ayrıca elan veriləcək. Onların qeydiyyat tarixləri fərqli zamanda aparılacaq”.

 

 

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox