Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Bu 5 Martda keçirilməsi nəzərdə tutulan buraxılış imtahanının vaxtının dəyişdirilmə ehtimalı ilə bağlı suallara səbəb olub.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bu məsələyə aydınlıq gəirib.
Mərkəzin məlumatına görə martın 5-i tarixində 11-ci siniflər üçün keçirilməsi nəzərdə tutulan imtahanların keçirilməsində heç bir dəyişiklik nəzərdə tutulmur. İmtahanlar qeyd olunan tarixdə keçiriləcək.
Qeyd edək ki, 5-6 Mart tarixlərində 11-ci siniflər üçün ilkin buraxılış imtahanları keçiriləcək.