Biz vaxtilə qəbul imtahanların sual kitabçalarını şəffaflığın artırılması üçün şagirdlərə verirdik.
AzEdu.az xəbər verir ki,bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.
"Ancaq biz bilirdik ki,o zaman elmiliyi şəffaflığa qurban verirdik. O suallar xalqın əlinə keçirdi və biz bunu bilərək bir daha həmin suallardan istifadə etmirdik.
Ancaq artıq yeni növ imtahanlar keçirilir və onlar üçün suallar ciddi şəkildə hazırlanır.
İmtahan bitdikdən sonra kitabçaların geri qaytarılması qanuni əsasla zəruridir. Qaytarmayan şəxsin nəticələri ləğv ediləcək"