5 və 6 Mart tarixlərində respublikanın müxtəlif bölgələrində XI sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək.
Bəs imtahana buraxılış vərəqəsini çap etmək üçün şagirdlər iş nömrələrini necə əldə edə bilərlər?
AzEdu.az xəbər verir ki, bunun üçün şagirdlər Dövlət İmtahan Mərkəzinin saytına daxil olmalıdırlar.
Saytda yerləşdirilmiş “İş nömrəsinin əldə olunması” adlı bannerə daxil olub, şəxsiyyət vəsiqəsinin məlumatlarını müvafiq sahələrə daxil edib iş nömrələrini əldə edə bilərlər.
Qeyd edək ki, əvvəlki illərin məzunları üçün buraxılış imtahanlarına sənəd qəbulu yaxın günlərdə başlayacaq.