Azedu.az

Test imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

14 Fevral 2022, 17:22
Test imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

İnzibati vəzifələrin B növünə aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün fevralın 13-də keçirilən test imtahanının nəticələrinə apellyasiyada baxılacaq. Apellyasiya Komissiyası fevralın 15-dən 17-dək saat 14:00-dan 17:00-a qədər Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.

 

Bu barədə AzEddu.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Namizəd sertifikatı əldə etmək üçün fevralın 15-dən 28-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox