Azedu.az

DİM-də TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

23 Yanvar 2022, 10:00
DİM-də TOEFL iBT imtahanı keçirilib

İmtahanda 17 nəfər iştirak edib

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 1 əcnəbi olmaqla 17 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

 

Növbəti TOEFL iBT imtahanının 12 fevral 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür:  //dim.gov.az/activities/exams/toefl/

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox