Azedu.az

Dim “Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş etdi

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Yanvar 2022, 14:24
Dim “Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş etdi

Dövlət İmtahan Mərkəzi qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün nəşr olunan “Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edib.

 

DİM-dən AzEdu.az-a verilən xəbərə görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında (Azərbaycan və rus bölməsi, səh.3) “TC altqrupuna daxil olan ixtisaslar – Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix və coğrafiya müəllimliyi” kimi qeyd olunan ixtisaslar, Beynəlxalq münasibətlər və Regionşünaslıq kimi olmalıdır.

 

TC altqrupuna yalnız Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları daxildir.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox