Azedu.az

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir        

6 Dekabr 2021, 11:14
İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir        

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

AzEdu.az xəbər verir  ki, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 17:00-dək imtahanda iştirak etmək üçün 905 (BA - 191, BB - 714) nəfər qeydiyyatdan keçib.

 

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox