Azedu.az

DİM-də fizika, rus, ərəb və fars dili fənləri üzrə imtahan proqramları müzakirə olunub

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Noyabr 2021, 09:24
DİM-də fizika, rus, ərəb və fars dili fənləri üzrə imtahan proqramları müzakirə olunub

Noyabrın 3-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili (tədris dili), ərəb və fars dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda fizika və rus dili fənləri üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün, həmçinin ərəb və fars dili fənləri üzrə buraxılış imtahanları üçün proqramlar müzakirə olunub.

 

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklərdəki uyğunsuzluqlar proqramlarda nəzərə alınıb.

 

İşçi qruplarının növbəti iclası noyabrın 10-da olacaq.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox