Azedu.az

DİM-də növbəti SAT imtahanı keçirilib  

Dövlət İmtahan Mərkəzi (DİM)

3 Oktyabr 2021, 15:27
DİM-də növbəti SAT imtahanı keçirilib  

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda ümumilikdə 70 nəfər iştirak edib. İştirakçılardan 1 nəfər əcnəbi olub.

 

Növbəti SAT imtahanlarının 2021-ci il dekabrın 4-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox