Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1861 nəfər 600 və daha yuxarı bal toplayıb.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu il qəbul imtahanlarında birinci ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 640 nəfər yüksək nəticə göstərib.