Azedu.az

Rezidenturaya ixtisas seçimi bu tarixədək aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM)

29 Sentyabr 2021, 10:35
Rezidenturaya ixtisas seçimi bu tarixədək aparılacaq

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 30-dan oktyabrın 4-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox