Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahanlarla bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən sentyabrın 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 11-13-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.