Azedu.az

DİM-də növbəti SAT imtahanı keçirilib

28 Avqust 2021, 15:12
     DİM-də növbəti SAT imtahanı keçirilib

2021-ci il avqustun 28-də DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT imtahanı təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda ümumilikdə 93 nəfər iştirak edib. İştirakçıların 4 nəfəri əcnəbi olub.

 

Növbəti SAT imtahanlarının 2021-ci il oktyabrın 2-də keçirilməsi nəzərdə tutulur.

 

SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: //dim.gov.az/activities/exams/sat/

Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...
Son xəbərlərDaha çox