Avqustun 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 8 şəhər və rayonda - Bakı, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda Azərbaycan dili fənni üzrə test imtahanı təşkil olunub.
AzEdu.az xəbər verir ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.