Azedu.az

9 illik təhsil bazasından kolleclərə qəbul ŞƏRTLƏRİ-DİQQƏT

Dövlət İmtahan Mərkəzi (DİM)

12 Avqust 2021, 12:15
9 illik təhsil bazasından kolleclərə qəbul ŞƏRTLƏRİ-DİQQƏT

Bütün  qruplar  üzrə  qəbul  imtahanlarının  nəticələri  elan  olunub.

 

DİM  tərəfindən  ilk  olaraq  ali  təhsil  müəssisələrinə, daha  sonra  isə  kolleclərə  ixtisas  seçiminin  aparılması  planlaşdırılır.

 

Bu  mövzu  ilə  bağlı  abituriyentləri  maraqlandıran  suallardan  biri  də  9  illik  bazadan  kolleclərə  qəbulun  hansı  şərtlərə  əsasən  aparılmasıdır.

 

AzEdu.az  bu suallarada  cavab  olaraq  Dövlət  İmtahan  Mərkəzinin  qəbul  şərtləri  ilə  bağlı  məlumatını  təqdim  edir.

 

9 illik bazada kolleclərin ixtisas seçiminә ümumi balı 50-dәn, Azәrbaycan dili vә ya rus dili fәnni üzrә balı 20-dәn vә riyaziyyat fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr buraxılırlar. Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı 50-dәn az olmayan (fәnlәr üzrә bal mәhdudiyyәti qoyulmur) vә müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar.

 

Eyni  zamanda  “Xoreoqrafiya sәnәti” vә “Rәqs müәllimliyi” ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan (fәnlәr üzrә bal mәhdudiyyәti tәtbiq edilmir) az olmayan abituriyentlәr iştirak edә bilәrlәr.

 

Qeyd  edək  ki, ixtisas  seçimlərinə  avqustun  sonlarından  etibarən  start  veriləcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox