Aprelin 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirilib.
AzEdu.az xəbər verir ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Eləcə də dövlət qulluğuna qəbul imtahanının nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.