Artıq bütün qruplar üzrə qəbul imtahanları yekunlaşıb.
Son olaraq 10 avqustda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələri elan olundu.
Abituriyentləri narahat edən əsas məsələ ixtisas seçimlərinə nə zaman start veriləcəyi ilə bağlıdır.
AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ixtisas seçimlərinə avqustun sonlarında start veriləcək.
Öncə ali təhsil müəssisələrinə, sonra isə kolleclərə seçim aparılacaq.
Qeyd edək ki, ixtisas seçimi üçün “Abituriyent” jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr olunacaq.