Azedu.az

Bu gün qəbul imtahanında iştirak edən 17 min 159 nəfər Azərbaycan bölməsinin məzunudur

27 İyul 2021, 12:12
Bu gün qəbul imtahanında iştirak edən 17 min 159 nəfər Azərbaycan bölməsinin məzunudur

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan saat 10:00-da başlanıb. Bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi – 19 min 184 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 17 min 159 nəfər Azərbaycan, 2025 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 12 min 540 nəfəri oğlan, 6644 nəfəri isə qızdır.

DİQQƏT: Moskvadakı azərbaycanlıların nəzərinə!
Son xəbərlərDaha çox