Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 18 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir.
DİM-dən AzEdu.az-a bildirilib ki, bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin olunub.