Kinooperator ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul (buraxılış) imtahanında topladıqları bal əsasında qatılacaqlar.
Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən cari ilin abituriyentləri qabiliyyət imtahanlarında iştirak etmək üçün iyunun 18-dən 29-dək qeydiyyatdan keçməlidirlər.