Azedu.az

DİM-dən  imtahan ödənişləri ilə bağlı yeni məlumat -RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Fevral 2021, 15:19
DİM-dən  imtahan ödənişləri ilə bağlı yeni məlumat -RƏSMİ

 

 

“Hər imtahan üçün ayrı rüsum ödəniləcək”

 

 

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə yanvarın 29-u keçirilən mətbuat konfransında magistratura imtahanına qeydiyyatın fevralın 9-dan başlayacağını açıqlayıb.

 

Həmçinin, imtahanın  birmərhələli təşkil olunacağı da vurğulandı. İmtahanların  birmərhələli, lakin 2 dəfə keçirilməsi nəzərdə tutulur.

 

 Bəs imtahanlara qeydiyyat necə aparılacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə imtahan rüsumlarının ayrı-ayrılıqda ödəniləcəyini bildirib:

 

“Bu il magistraturaya qəbul üçün hər imtahana ayrı qeydiyyat aparılacaq. Dövlət rüsumları da hər imtahan üçün ayrı ödəniləcək”.

 

Xatırladaq ki, magistraturaya qəbul üçün I imtahana qeydiyyat 9-18 fevral tarixlərində aparılır.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox