Magistraturaya qəbulda 2 dəfə şans veriləcək-RƏSMİ
Dövlət İmtahan Mərkəzi (DİM)
29 Yanvar 2021, 11:42
Paylaş:
“Magistraturaya qəbul imtahanları 28 fevral tarixində keçirilməsi nəzərdə tutulur”
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə DİM-in onlayn mətbuat konfransı zamanı səsləndirib.
O, magistraturanın ən kütləvi imtahan olduğunu qeyd edib:
“Magistratura ilə bağlı məsələlər növbəti həftədən DİM-in 1 nömrəli abituryent jurnaalında dərc olunacaq. 9 fevraldan isə sənəd qəbulu başlayacaq. Bu ildən etibarən isə tələbələrə ikinci dəfə magistratura imtahanında iştirak etmək şansı veriləcək”.