“Tez-tez ərizənin ləğvi ilə bağlı müraciətlər gəlir. Siz ərizəni yazıb təsdiqləmədən yadda saxlaya bilərsiniz. Bunu sonradan təsdiqləyə bilərsiniz”.
AzEdu.az-ın məlumatına görə, bu fikirləri DİM sədri M.Abbaszadə bildirib. O, elektron ərizənin məxfiliyini qorumağı tövsiyə etdi:
“Ərizəni ləğv etmək üçün xüsusi düymə var və onu edə bilərsiniz. Özünüz haqda şəxsi məlumatı heç kəsə etibar etməyin. Ərizənizi özünüz doldurun”.