Azedu.az

İmtahanların nəticələri bu tarixdə bilinəcək

Dövlət İmtahan Mərkəzi (DİM)

11 Sentyabr 2020, 13:51
İmtahanların nəticələri bu tarixdə bilinəcək
 
“Bu ilin iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün sentyabrın 10-da yenidən keçirilən buraxılış imtahanlarının nəticəsi gələn il də qüvvədə olacaq”.
 
 
AzEdu.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır:


“Sentyabrın 11-də keçirilən bu imtahanda 20 minə yaxın məzun iştirak edib. Bu imtahanların nəticələri yəqin ki, 3 həftədən sonra bilinəcək. O vaxta qədər isə ali məktəblərə yerləşdirmə prosesi bitəcək. Buna görə də sentyabrın 10-da buraxılış imtahanı verənlər bu il qəbul kampaniyasında deyil, gələn ilki qəbul perosesində iştirak edə biləcəklər”.
Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox