“III qrupda hansı ixtisası seçib qeyd etməyiniz öz ixtiyarınızdadır. Lakin keçid balı topladınızdan yüksəkdirsə, qəbul olmayacaqsınız. Bu şəkildə yazsanız 15 yerdən 1-ni artıq ötürmüş olursunuz”.
AzEdu.az xəbər verir ki, bunu DİM sədri M.Abbaszadə canlı yayımda qeyd edib. O, ixtisas seçimində eyni ixtisasın müxtəlif universitetlərdə tədrisini nəzərə almağı vurğulayıb:
“Bir ixtisasa qəbul olmaq istəyirsinizsə, tədris olunduğu bütün universitetləri qeyd edə bilərsiniz. Məsələn, III qrupda azərbaycan-dili və ədəbiyyat müəllimliyi olmaq istəyənlər üçün kifayət qədər seçim imkanı verilir. Hətta 300 bal toplayan şəxs belə regional ali məktəblərdə bu ixtisas üzrə təhsil ala bilər”.