“600 baldan aşağı dövlət sifarişi əsasında hüquqşünaslıq ixtisası üzrə təhsil almaq mümkün olmayacaq”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə DİM-in facebook üzərindən olan canlı yayımı zamanı deyib.
“Hüquqşünaslıq ixtisasına 5 ali məktəb üzrə 350 yer verilib.Onlar üçün dövlət sifarişli yerlərdə təhsil almaq imkanı yaradılacaq. Həmin şəxslər həm region, həm də Bakıdakı ali təhsil müəssisələrində təhsil ala biləcəklər”.