“Rus bölməsi üzrə III ixtisas qrupunda 1102 plan yeri verilib. Keçənilki qəbul vəziyyəti bu il də eyni cür olacaq”.
AzEdu.az xəbər verir ki, DİM sədri M.Abbaszadə bunu canlı yayım zamanı səsləndirib. O, rus bölməsi üzrə keçid ballarından da danışdı:
“Keçən il keçid ballarda kəskin fərq vardı. Azərbaycan bölməsində ixtisasın keçid balı 500 idisə, rus bölməsində 400 və s. Birgə müsabiqədə isə bu cür olmayacaq”.