“2020-ci ildə I ixtisas qrupunda 299 yer azalıb, II ixtisas qrupunda 381 yer azalıb, III ixtisas qrupunda 1015 yer artırılıb, IV ixtisas qrupunda 390 yer artırılıb. V ixtisas qrupunda 133 plan yeri artırılıb”.
AzEdu.az xəbər verir ki, bu fikirləri DİM sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı səsləndirib.
O, universitetlərdəki plan yerlərindən də bəhs edib:
“Müəyyən universitetlərdə plan yerləri kəskin artıb. Məsələn Azərbaycan Dövlət Tibb universitetində 24 %, Gömrük Akademiyasına 154 nəfər qəbul oluna bilər. Xəzər universitetində 18% plan yerləri artırıklıb.
Bakı Xareoqrafiya akdemiyasında, Dəniz akademiyasında plan yerləri azaldılıb. Dövlət sifarişli yerlər 21709-a qalxıb”.