Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 36140 abituriyentdən 3089 nəfəri imtahanda iştirak etməyib.