Dövlət İmtahan Mərkəzi (DİM) 20-21 avqust 2020-ci il tarixində keçirlmiş I və IV ixtisas qrupları ali təhsil müəssisələrinin qəbul imtahanları barədə açıqlama verib.
AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, I və IV qruplar üzrə qəbul imtahanının nəticələrinin bu həftənin sonuna kimi açıqlanması nəzərdə tutulur.
Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 37 minədək abituriyent iştirak edib.
Avqustun 22-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılır.