“Ali təhsil və kolleclərə qəbul imtahanı verən şagirdlər mütləq şəkildə bu imtahanlarda iştirak etməlidirlər”.
Azedu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə media nümayəndələri üçün virtual keçirilən mətbuat konfransında deyib:
“Martdan bəri keçirilməyən mövzular çıxarılıb, açıq sualların sayı 24-dən 12-yə endirilib. Onların əvəzinə qapalı suallar salınıb. Bu da bir növ, imtahanı sadələşdirməkdir. Bundan artıq heç bir güzəşt təklif edə bilmirik.
Onu da qeyd edim ki, 9-11 ci sinif şagirdlərinin bəziləri qəbul imtahanı verir. Onlar mütləq indi buraxılış imtahanında iştirak etməlidirlər.
Ancaq 10-cu sinifə keçmək, həmçinin yalnız attestat almaq istəyən şagird indiki imtahanda üzrlü səbəbdən iştirak edə bilmirsə, sentyabrda keçiriləcək imtahana gələ bilərlər”