Məlum olduğu kimi mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.
AzEdu.az 11 illik təhsil bazasında ali və orta təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi üzrə çıxarılmış mövzuları təqdim edir:
Azərbaycan dili fənni üzrə “Dilin üslubi imkanlarının təzahür formaları: funksional və fərdi” bölməsindən
Bədii təzad
Bədii xitab
Metafor
Şəxsləndirmə
Bədii sual
Riyaziyyat fənni üzrə “Törəmə və onun tətbiqləri” bölməsindən
Funksiyanın böhran və esktremum nöqtələri,
Törəmənin köməyi ilə onların tapılması
Funksiyanın parçada ən böyük və ən kiçik qiymətləri
Funksiyaların tədqiqi sxemi
Xarici dil fənni üzrə
Fransız dili
Vasitəsiz və vasitəli nitq.
Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi
Ərəb dili
İddiomlar və alınma sözlər
Fars dili
Tabeli mürəkkəb cümlənin tərkib hissələri olan baş və budaq cümlələr: Təyin, tamamlıq, zaman, şərt, səbəb, məqsəd və güzəşt budaq cümlələri. Tabeli mürəkkəb cümlə və onların yaranma üsulları.
Azərbaycan dili ( dövlət dili) fənni üzrə
Üslublar və onların formaları tamamilə .
11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və русский язык (tədris dili) fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.
Qeyd edək ki, qəbulun ikinci mərhələsindən çıxarılan mövzular yaxın günlərdə açıqlanacaq.